Gənc aktrisa taksidə seksual xarakterli hərəkətlərə məruz qalıb

Gündəm
18 Tem 2021
09:00
Gənc aktrisa taksidə seksual xarakterli hərəkətlərə məruz qalıbBakıda gənc aktrisa Lalə Süleymanova taksidə seksual xarakterli hərəkətlərə məruz qalıb.

Korrupsiya.com xəbər verir ki, aktrisa “Bolt” taksi şirkətinin sürücüsünün ona qarşı əxlaqsız hərəkətlər etdiyini iddia edib:

“Bu gün “Bolt” taksi sürücü tərəfindən tacizə məruz qalmışam. Həmin şəxs arxaya çönərək dəfələrlə ayağıma baxıb, cinsi orqanına toxunurdu. Narahatlığımı dilə gətirməyə qorxurdum, “manyak”ın biri idi, maşını hara sürəcəyini bilmirdim. Utanmadan, sanki başqa yerə baxırmış kimi əyilib ayaqlarımın arasına baxmağa çalışırdı. Polisə şikayət etdim, sabah ərizə yazmağa gedəcəyəm” - deyə aktrisa qeyd edib.