Ermənistanda hərbçi əsgər yoldaşını güllələyib

Gündəm
18 Tem 2021
09:00
Ermənistanda hərbçi əsgər yoldaşını güllələyibErmənistan ordusunda hərbçilərdən biri əsgər yoldaşını güllələyərək öldürüb.

Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, 2001-ci il təvəllüdlü Artur Xachaturoviç Kazaryan 16 iyul, saat 21:40 radələrində əsgər yoldaşı tərəfindən açılan atəş nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.