Daha bir erməni şahmatçı Ermənistanı ABŞ-a dəyişdi

Gündəm
10 Haz 2021
14:23
Daha bir erməni şahmatçı Ermənistanı ABŞ-a dəyişdiErməni qrossmeyster Vladimir Akopyan ABŞ bayrağı altında mübarizə aparacaq.

“Sputnik Ermənistan” xəbər verir ki, FİDE-nin reytinqində Akopyan artıq amerikalı şahmatçı kimi qeyd edilir.

Daha əvvəl ermənilərin şahmatda lider hesab etdikləri Levon Aronyan da Ermənistandan çıxaraq ABŞ komandasına qoşulacağını bildirib.

Şahmatçı bunu Ermənistanda dövlət qayğısının olmaması ilə əsaslandırıb.