Küveytə səfər edən Azərbaycan vətəndaşlarına XƏBƏRDARLIQ

Gündəm
10 Haz 2021
14:20
Küveytə səfər edən Azərbaycan vətəndaşlarına XƏBƏRDARLIQSəhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi Küveytə səfər edən Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib.

Korrupsiya.com Analitik Ekspertiza Mərkəzinə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Küveytdəki Səfirliyindən məlumat daxil olan məlumata görə, Küveyt Hökuməti tərəfindən 2 may 2021-ci il tarixində tətbiq edilən qaydalara əsasən, həkim resepti olmadan “Lyrica” və “Neurontin” dərman vasitələrindən istifadə edənlər 5 ilə qədər azadlıqdan məhrum olunacaq.

Eyni zamanda yuxarıda qeyd olunan vasitələrin qeyri-qanuni satışı ilə məşğul olanların 10 il müddətində həbs olunacağı ilə bağlı xəbərdarlıq edilib.