AVRO-2020-nin Bakıdakı ilk oyununun baş hakimi bilindi

Gündəm
10 Haz 2021
14:06
AVRO-2020-nin Bakıdakı ilk oyununun baş hakimi bilindiFutbol üzrə Avropa çempionatının Bakıda keçiriləcək Uels – İsveçrə oyunu üçün təyinatlar açıqlanıb.

Korrupsiya.com xəbər verir ki, qarşılaşma Fransadan olan hakimlər briqadasına tapşırılıb.

Baş hakim Kleman Türpen olacaq. Ona Nikola Damos və Siril Qrinqor köməklik edəcək. Dördüncü hakim funksiyasını serbiyalı Srcan Yovanoviç yerinə yetirəcək. VAR hakimi isə fransalı Fransua Leteksye olacaq.

Qeyd edək ki, iyunun 13-də Bakı Olimpiya Stadionunda keçiriləcək Uels – İsveçrə matçı saat 17:00-da başlayacaq.