Ermənistanda seçiciləri rüşvətlə ələ alırlar

Gündəm
10 Haz 2021
14:01
Ermənistanda seçiciləri rüşvətlə ələ alırlarErmənistanın Gavar bölgəsində partiya nümayəndələri onlara səs vermələri üçün seçicilərə ərzaq paylayıblar.

“Novosti Armeniya” bu barədə polis idarəsinin mətuat xidmətinə istinadla məlumat yayıb.

Bildirilir ki, 20 iyun tarixində keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edən partiyalardan birinin nümayəndələrinin seçiciləri razı salmaq üçün ərzaq formasında rüşvət paylaması barədə polisə məlumat daxil olub.

9 iyun tarixindən 8 seçiciyə rüşvət olaraq hər biri təxminən 7000 dram (təxminən 15 dollar) dəyərində ərzaq paketləri verilib.

Faktla bağlı cinayət işi başlanıb. Partiya ofisinin rəhbəri və katibi saxlanılıb. Araşdırma aparılır.