Fransada daha bir məscid bağlanır - İslama yer yoxdur

Dünya
14 Ekm 2021
11:32
Fransada daha bir məscid bağlanır - İslama yer yoxdur

Fransada daha bir məscid qapadılacaq.

Bu barədə Sarthe qubernatorluğu yazılı məlumat verib.

Bildirilib ki, 300 nəfərin toplaşdığı məsciddə "radikal İslamçı hərəkat"a bağlı və ya ona yaxın insanlar olub. Guya onların xütbələri terror, şiddətə təşviq, nifrət, ayrı-seçkilik, və "şəriət"in qurulması üzərində oxunub.

Həmçinin bildirilib ki, 110 şagirdin Quran kursu keçdiyi məsciddə "silahlı cihad"ın əhəmiyyəti izah edilirmiş.

Daxili işlər naziri Gerald Darmaninin istəyilə bu məscidin bağlanması üçün lazımi prosedurların başladığı bildirilib.