Rusiyada 30 nəfərin ölümünə səbəb olan 3 nəfər azərbaycanlı saxlanıldı - Görün kimdir

Dünya
11 Ekm 2021
10:21
Rusiyada 30 nəfərin ölümünə səbəb olan 3 nəfər azərbaycanlı saxlanıldı - Görün kimdirRusiyanın Orenburq vilayətində saxta içkidən ölənlərin sayı 30 nəfərə çatıb.

Korrupsiya.com xəbər verir ki, həmin saxta içkini hazırlayan 9 nəfər saxlanılıb. Onlardan 3-ü azərbaycanlı Şirvan Babazadə, Sadiq Əliyev və Əliyev soyadlı daha bir nəfər olub. Hər 3 şəxs həbs edilib və verdikləri ifadədə törətdikləri cinayəti qismən etiraf ediblər.

Ş. Babazadə və S. Əliyev bundan əvvəl də saxta içki hazırladıqları üçün məhkum olunublar.

Bundan əlavə, hadisə nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb. Tələfat sayının artması istisna edilmir.

Qeyd edək ki, bir müddət öncə Rusiyanın Orenburq şəhərində saxta içki səbəbilə kütləvi zəhərlənmə və ölüm hadisəsi barədə xəbər verilmişdi.