Ana səhifə   |    Haqqımızda   |    Reklam

Kiyev səmasında naməlum obyekt göründü: Hava həyəcanı siqnalı verildi

Dünya
2 Mrt 2023
05:42
Kiyev səmasında naməlum obyekt göründü: Hava həyəcanı siqnalı verildi


Ukraynanın Kiyev vilayətinin səmasında naməlum hava obyekti aşkar edilib.

Bu səbəbdən bölgədə və Kiyevdə hava həyəcanı elan edilib.

Bu barədə Kiyev Vilayət Hərbi Administrasiyası məlumat verib.

“Səmada hava obyekti aşkar edildi. Bununla bağlı hava hücumundan müdafiə qüvvələrinin işə salınması mümkündür”, - deyə administrasiyanın məlumatında qeyd edilib.

Kiyev sakinləri həyəcan siqnalı bitənə qədər sığınacaqlarda və ya digər təhlükəsiz yerlərdə qalmağa çağırılıblar.

Müxtəlif paylaşımlarda hava hədəfinin Borispol şəhərinə istiqamətləndiyi bildirilib.