ABŞ-da anım günləri elan olundu

Dünya
11 Eyl 2021
13:30
ABŞ-da anım günləri elan olundu


ABŞ prezidenti Co Bayden 11 sentyabr terrorunun 20-ci ildönümü ilə əlaqədar sərəncam imzalayıb.

Sənədə əsasən, sentyabrın 10-12-i ölkədə anım günləri elan edilib.

Bu münasibətlə bütün dövlət orqanları qarşısında dalğalanan dövlət bayraqları endirilib.

Qeyd edək ki, 2001-ci il sentyabrın 11-də “Əl Qaidə” terrorçuları tərəfindən qaçırılan təyyarələrin Nyu-York şəhərindəki əkiz qüllələrə, eləcə də Pentaqonun binasına çırpılması nəticəsində 90 ölkənin vətəndaşı olan üç minə yaxın şəxs ölüb.

Mənbə: TASS