Tramp “Facebook”, “Google” və “Twitter”-ə qarşı birləşməyə çağırdı

Dünya
26 Tem 2021
08:59
Tramp “Facebook”, “Google” və “Twitter”-ə qarşı birləşməyə çağırdı


ABŞ-ın keçmiş prezidenti Donald Tramp tərəfdarlarını “Facebook”, “Google” və “Twitter” kimi şirkətlərə qarşı verilmiş kollektiv məhkəmə iddiasına qoşulmağa çağırıb.

TASS xəbər verir ki, o, bu barədə Finiks şəhərindəki mitinqdə çıxışı zamanı bildirib.

Eks-prezident bəyan edib ki, texnoloji nəhənglər amerikalılara qarşı qeyri-qanuni senzura həyata keçirirlər.

Siyasətçi sosial şəbəkə sahiblərinə qarşı mübarizəsini “söz azadlığı uğrunda savaş” adlandırıb və bu hüququ bərpa etməyincə təslim olmayacaqlarını qeyd edib.

Xatırladaq ki, yanvar ayında Konqresə hücumdan sonra Trampın bir çox şəbəkə hesabları bağlanılıb.