Həkim uşaqlarla bağlı iddianı təkzib etdi: - "Olsaydı, məlumatım olardı”

Cəmiyyət
16 Ekm 2021
11:39
Həkim uşaqlarla bağlı iddianı təkzib etdi: - "Olsaydı, məlumatım olardı”
"Bakıda 4-5 böyük doğum evi var və onların rəhbərlərini şəxsən tanıyıram. Əgər orada belə bir fakt olsaydı, məlumatım olardı”.

Bunu Qaynarinfo-ya açıqlamasında həkim-infeksionist Namiq Nəbiyev ölkədə yeni doğulmuş körpələr arasında COVID-ə yoluxanların olması ilə bağlı məlumata aydınlıq gətirərkən deyib. Həkimin sözlərinə görə, belə bir məlumatın yayılması üçün əsas olmalıdır:

"Bu ciddi məsələdir. Kiçik yaş qruplarında isə COVİD-ə yoluxanlar var”.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Erkin Rəhimov "Yenidoğulmuşlarda görülən xəstəliklər" mövzusunda çıxışında "ölkədə yenidoğulmuşlar arasında COVID-ə yoluxanlar var”-deyə bildirib.