Bakıda məhkuma məxsus torpaq sahəsindən silahlar tapıldı

Cəmiyyət
25 Eyl 2021
17:18
Bakıda məhkuma məxsus torpaq sahəsindən silahlar tapıldı


Maştağada məhkuma məxsus boş torpaq sahəsindən silahlar götürülüb.

Bu barədə Ədliyyə Nazirliyi Penitensiar Xidməti məlumat yayıb.

Bildirilib ki, xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları ilə birgə həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Müalicə Müəssisəsində cəza çəkən məhkum Vüqar Yaşar oğlu Quliyevin yaşadığı Maştağa qəsəbəsində sahədən basdıraraq gizlətdiyi bir ədəd “VALTRO mod85 COMBAT” model tapança, lüləyi və qundağı kəsilmiş bir ədəd ov tüfəngi aşkar edilərək götürülüb.