Bəxtiyar Erqaşev: “Azərbaycan xalqı qardaş xalqdır və bununla hər şey deyilir”

Cəmiyyət
12 Eyl 2021
14:37
Bəxtiyar Erqaşev: “Azərbaycan xalqı qardaş xalqdır və bununla hər şey deyilir”


“Azərbaycan, Azərbaycan xalqı Özbəkistan və özbək xalqı üçün yaxın, qardaş ölkədir”.

Korrupsiya.com bildirir ki, Bu sözləri Korrupsiya.com-a müsahibəsində Özbəkistandan olan politoloq, “Ma`no” tədqiqat təşəbbüsləri mərkəzinin direktoru Bəxtiyar Erqaşev ölkəsinin Azərbaycana münasibətini şərh edərkən bəyan edib.

Onun sözlərinə görə, hər iki ölkənin bir-biri ilə qan, ruh, musiqi, dil, dünyaya baxışı baxımından qardaşlığı var və bu, ötən ilin payızında, Qarabağda müharibə olanda özünü tam şəkildə göstərdi.

“Azərbaycan Özbəkistanda ictimai müzakirələrin əsas mövzularından birinə çevrildi. İnsanlar kimin müttəfiq olduğunu, kimin tərəfdaş olduğunu həmişə anlamırlar. Ancaq xalqımızın ortaq fikri var - Azərbaycan xalqı qardaş xalqdır və bununla hər şey deyilir”, - deyə Erqaşev sözlərini yekunlaşdırıb.