Daxili işlər orqanlarında yeni TƏYİNAT

Cəmiyyət
11 Eyl 2021
13:31
Daxili işlər orqanlarında yeni TƏYİNAT


Daxili işlər orqanlarında yeni kadr dəyişikliyi olub.

Korrupsiya.com-ın məlumatına görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrlə Sabunçu Rayon Polis İdarəsinin (RPİ) İstintaq Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Hikmət Vəliyev vəzifəsindən azad olunub.

Nazirin digər əmri ilə H. Vəliyev Nərimanov Rayon Polis İdarəsinin (RPİ) əməliyyat işləri üzrə rəis müavini təyin edilib.