Qusarda qarın hündürlüyü 9 sm-ə çatıb - FAKTİKİ HAVA

Bölgə
11 Kas 2021
12:26
Qusarda qarın hündürlüyü 9 sm-ə çatıb - FAKTİKİ HAVA

Noyabrın 11-i saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb, güclü şimal-qərb küləyi əsib.

Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, düşən yağıntının miqdarı Qəbələdə 17.0 mm, Əyriçay-Başdaşağıl (Oğuz) 15.0 mm, Sarıbaşda (Qax)12.0 mm, Kişçayda (Şəki) 11.0 mm, Qusarda 10.0 mm, Gədəbəydə 9.0 mm, Kürdəmir, Oğuz, Şəkidə 7.0 mm, Quba, Qrızda 6.0 mm, Daşkəsən, İmişlidə 5.0 mm, Şahdağ, Lerik, Beyləqan, Xaltanda 3.0 mm, Göygöl, Ağdam, Qobustan, Zaqatalada 2.0 mm, Naftalan, Şəmkir, Altıağac, Göyçay, Sabirabad, Cəfərxan, Şabran, Balakəndə 1.0 mm-dək, Bakıda və Abşeron yarımadasında 1.0 mm-dək olub.

Qar örtüyünün hündürlüyü Qusarda 9 sm, Qrızda 8 sm, Sarıbaş (Qax), Xınalıqda 3 sm, Şahdağda 2 sm, Xaltanda 1 sm olub.

Şimal-qərb küləyi arabir Naftalanda 26 m/s, Gəncədə 24 m/s, Tovuzda 22 m/s, Nabran, Neftçala, Xaçmaz, Salyan, Tərtər, Bərdə, Ağdam, Ağstafada 20 m/s, Altıağac, Astara, Ceyrançöldə 18 m/s, Şabranda 16 m/s, Ordubad, Şərurda 15 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda 38 m/s, Maştağada 35 m/s, Qum adasında 33 m/s, Çilov adasında 31 m/s, Pirallahıda 30 m/s, Neft Daşlarında 29 m/s, Ələt, Binədə 28 m/s, Sumqayıtda 24 m/s-dək güclənmiş, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 6.7 metrə çatıb.

Havanın minimal temperaturu: Bakıda və Abşeron yarımadasında 7-9° isti, aran rayonlarında 7-10° isti, dağlıq rayonlarda 2-8° şaxta, Naxçıvan MR-da 1-7° isti olub.