Ana səhifə   |    Haqqımızda   |    Reklam

Azərbaycan millisinə görə Ukrayna yığmasında oynamaqdan imtina edib: “Söz vermişdim”

İdman
9 Mrt 2023
10:19
Azərbaycan millisinə görə Ukrayna yığmasında oynamaqdan imtina edib: “Söz vermişdim”


Azərbaycan U-21 millisinin futbolçusu Emil Mustafayev Ukrayna yığmasında oynamaq təklifi alıb.

Bu barədə gənc oyunçu özü məlumat verib. O, Azərbaycan millisinə söz verdiyi üçün təklifdən imtina etdiyini bildirib.

“Ukrayna Futbol Federasiyasından gənclər millisində oynamaq təklifi var idi. Amma mən bundan imtina etdim. Çünki ilk təklif Azərbaycandan gəlmişdi. Razılaşdıq ki, onların komandasında oynayacağam. Ukraynadan təklif gec oldu. Artıq Azərbaycana uçmalı idim. Bəli, Ukraynada doğulmuşam. Amma mən Azərbaycana söz vermişdim və sözümə sadiq qaldım”, - deyə Sport.ua 21 yaşlı yarımmüdafiəçidən sitat gətirib.

E.Mustafayev U-21 millimizdə iki oyuna çıxıb. O, bu mövsüm “Aleksandriya”nın heyətində Ukrayna Premyer Liqasında dörd matçda iki qol, üç məhsuldar ötürmə ilə yadda qalıb.